İZZ Skaner

Skan keçmişi

Tarixçə yüklənir...

Əlaqə Kanalları

WhatsApp Instagram Email (E-poçt)

QR Skaner

Izzy Mascot

Bunu bilirdiniz?

İZZY sizin üçün məlumatları hazırlayır...
Davam etmək üçün ekrana toxun
Izzy
Help
Izzy
İZZY Assistant
Online
Mexfilik Siyasəti
Siyasət
Ana Səhifə

Haqqımızda

DIGITAL İZZ — Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) maliyyə dəstəyi ilə həyata keçirilən, məhsul və sənədlərin həqiqiliyini rəqəmsal şəkildə təsdiqləyən innovativ layihədir.

Layihənin əsas məqsədi saxta məhsul və sənədlərin dövriyyəsinin qarşısını almaq, yerli istehsalçıların brend nüfuzunu sığortalamaq və istehlakçı ilə istehsalçı arasında tam şəffaf, etibarlı rəqəmsal körpü yaratmaqdır.

Orijinallığın Rəqəmsal Təsdiq Sistemi

Şirkətimiz tərəfindən hazırlanmış sistem modern Bitlock şifrələmə alqoritmi və NFC (Near Field Communication) texnologiyasına əsaslanır. Məhsul və ya rəsmi sənədlərin (diplom, sertifikat və s.) üzərinə yerləşdirilən xüsusi DIGITAL İZZ NFC etiketi tək toxunuşla Android/iOS mobil tətbiqləri və ya digitalizz.az veb-interfeysi üzərindən skan edilir.

Etiketlər xüsusi kövrək materialdan hazırlandığından, qoparıldıqda və ya müdaxilə edildikdə NFC çipi deaktiv olur və təkrar saxtakarlıq riskini sıfıra endirir.

Sistem İstehlakçılara və Biznesə Nə Verir?

İstifadəçilər üçün

Smartfonu etiketə yaxınlaşdıraraq məhsulun və ya sənədin həqiqiliyini, tərkibini, mənşəyini, istehsalçı məlumatlarını və mərkəzi sistemdəki qeydiyyat statusunu saniyələr ərzində görmək imkanı.

İstehsalçılar və dilerlər üçün

Saxtakarlığa qarşı sarsılmaz rəqəmsal qalxan, satış kanalında tam izləniləbilənlik və istehlakçı etimadının maksimuma çatdırılması.

Layihənin Bugünkü Vəziyyəti

KOBİA-nın maliyyə dəstəyi ilə layihə üzrə işlək texniki infrastruktur tam formalaşdırılmış, mobil tətbiqlər istifadəyə verilmiş və fərqli sektorlardan olan tərəfdaşlarla aktiv əməkdaşlığa başlanılmışdır. DIGITAL İZZ olaraq hədəfimiz — ölkəmizdə rəqəmsal etibarlılıq və məhsul/sənəd təhlükəsizliyi sahəsində yeni, müasir standart formalaşdırmaqdır.

DIGITAL İZZ — Orijinallığın rəqəmsal təsdiq sistemi.

Ana Səhifə

Partnyorlar

Biz, etibarlı tərəfdaşlarımızla birlikdə sizə orijinal və keyfiyyətli məhsullar təqdim edirik.

Art Della Luce

Məhsul orijinallığının təmin edilməsi üzrə tərəfdaş.

THIRTY FOUR MMC

Rəqəmsal transformasiya və texnoloji dəstək.

Ana Səhifə

Tətbiqi Yüklə

DIGITAL İZZ mobil tətbiqi ilə məhsul və sənədləri daha sürətli yoxlayın — NFC skan birbaşa telefonunuzdan işləyir.

NFC funksiyası olan cihazlarda etiketi telefona yaxınlaşdırmaq kifayətdir. NFC yoxdursa, QR skan variantından istifadə edin.